Sumqayıt şəhərində altı avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə İsmət Qayıbov küçəsində qeydə alınıb.
Belə ki, BMW, "Hyundai" markalı iki avtomobil, habelə "Opel", "Toyota" və "Kia" markalı minik avtomobilləri toqquşub.
İlkin məlumata görə, hadisəyə BMW markalı avtomobilin sürücüsünün səbəb olduğu ehtimal edilir. Belə ki, idarəetmədən çıxan BMW əvvəlcə "Opel" markalı avtomobilə çırpılıb, daha sonra isə yol kənarında dayanan digər avtomobillərə çırpılıb.
Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir. Hazırda onların sayı dəqiqləşdirilir.
Hadisənin başvermə səbəbi və təfərrüatlar araşdırılır.
"Report"
FHN: Hövsanda qeyri-çimərlik ərazisində batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub
Böyükşor gölünün müəyyən hissəsinin yaşıl rəngə boyanmasının səbəbi araşdırılır
Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə FHN-ə məlumat daxil olmayıb
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun I mərhələsinin cavabları açıqlanıb