Prezident İlham Əliyevin Dövlət Televiziyasına verdiyi müsahibədə Naxçıvanla bağlı siyasi strategiyanın başlanğıcının şahidi olduq.
“İki sahil” xəbər verir ki, bunu fikirləri Trend BİA-nın direktor müavini, siyasi şərhçi Sahil Kərimli "Yenitv"-nin efirində açıqlamasında bildirib.
Sahil Kərimlinin sözlərinə görə, Azərbaycan dövləti Azərbaycanın qədim tarixi ərazisi olan Naxçıvanın inkişafı üçün bütün mümkün imkanları səfərbər edib.
44 günlük Vətən müharibəsindən sonra Azərbaycan öz ərazi bütövlüyünü tam təmin etdikdən sonra Naxçıvanla bağlı regionda yeni reallıqlar yaranıb. Bu yeni reallıqlar Naxçıvanın siyasi və iqtisadi baxımdan əhəmiyyətini daha da artırıb.
Naxçıvanın yerləşdiyi coğrafi ərazinin daşıdığı əhəmiyyət həm regionumuz, həm də dünya üçün mühüm amillərdəndir. Çindən başlayaraq Avropaya qədər uzanacaq Orta Dəhlizin əsas hissəsi kimi Azərbaycanı və onun ayrılmaz hissəsi olan Naxçıvanı birləşdirəcək maneəsiz quru yolun - Zəngəzur dəhlizinin açılması nəzərdə tutulur".
Siyasi şərhçi bildirib ki, bununla yanaşı, Naxçıvanda ən müasir infrastruktur obyektlərinin tikintisinin şahidi oluruq. Görülən işlər və həyata keçirilən siyasət bir neçə il sonra Azərbaycan üçün siyasi və iqtisadi baxımdan ciddi bəhrələr verəcək.
"Zəngəzur dəhlizinin açılması ilə Naxçıvan ərazisindən dünya əhəmiyyətli miqyasda dəhliz keçəcək. Bu isə Naxçıvanın iqtisadi və siyasi imkanlarını artıracaq, eyni zamanda Azərbaycan iqtisadiyyatına ciddi töhfə verəcək", - Sahil Kərimli qeyd edib.
Zəngəzur dəhlizi: Azərbaycanın strateji hədəfindən regional nəqliyyat arteriyasına