Bu təyinat şirkətin nəticələri ilə özünü doğrultmuş güclüliderlik potensialına malik olduğunu nümayiş etdirir.
“Mastercard” bu gün Yasemin Bedirin 1 sentyabr tarixindən etibarən şirkətin ŞərqiAvropa, Yaxın Şərq və Afrika (EEMEA) regionununPrezidenti təyin edildiyini elan edib. Şirkətin EEMEA regionuson illərdə genişləndirilib və əlavə bazarların regiona daxiledilməsi ilə hazırda 81 ölkəni əhatə edən, dinamik, çevik vəyüksək inkişaf potensialına malik biznesə çevrilib.
“Mastercard”da təxminən 20 illik iş təcrübəsinə malik Bedirhəmçinin şirkətin İdarəetmə Komitəsinə qoşulur. O, bu vəzifədəbu yaxınlarda Kommersiya ödənişləri üzrə baş direktor təyinedilən və Kommersiya və yeni ödəniş axınları istiqamətinərəhbərlik edən Dimitrios Dosisi əvəz edəcək.
Vəzifəsinin icrasını BƏƏ-dən həyata keçirəcək Bedir pərakəndəsatış şirkətləri, fintexlər, maliyyə institutları, hökumətlər vəbizneslə tərəfdaşlıq münasibətləri çərçivəsində “Mastercard”ınregiondakı fəaliyyətinin bütün istiqamətləri üzrə strategiyaya, fəaliyyət istiqamətinə və ümumi nəticələrinə nəzarət edəcək.
“Yasemin komandalarının potensialını üzə çıxaran və onlarımüştərilərimiz üçün daha böyük dəyər yaratmağa, eyni zamandayerli iqtisadiyyatların inkişafına töhfə verməyə ruhlandıranliderdir. Bu, yaradıcı düşüncə, özünü doğrultmuş nəticələr vəgüclü tərəfdaşlıq münasibətləri tələb edən geniş və mürəkkəb birregiondur. Yasemin karyerası boyunca bütün bunları uğurlanümayiş etdirib. EEMEA regionunda müştərilərimiz vətərəfdaşlarımızla birlikdə insanların və bizneslərin maliyyəvəsaitlərini hərəkət etdirmə, dəyər mübadiləsi aparma və ticarətihəyata keçirmə üsullarını gələcək illər üçün formalaşdırmaq vəyenidən müəyyənləşdirmək üçün qarşımızda böyük imkan var”, - “Mastercard”ın Baş maliyyə direktoru Saçin Mehrabildirib.
Son 4 il ərzində Şərqi Avropa üzrə regional prezident vəzifəsindəçalışan Bedir bu bazarlarda “Mastercard”ın liderlik mövqeyinigücləndirmək üçün komandaya mürəkkəb geosiyasi və tənzimləyicimühitdə rəhbərlik edib. Əməkdaşların inkişafına xüsusi önəmverən Yasemin Bedir hesabatlılıq və əməkdaşlığa əsaslananmədəniyyət formalaşdırmağa nail olub.
Bedir “Mastercard”a 2007-ci ildə qoşulub. “Mastercard”daçalışdığı müddət ərzində Bedir dünyanın müxtəlif bazarlarındafəaliyyət göstərərək zəngin təcrübə və yeni baxışlar qazanıb. O, əvvəlcə şirkətin Türkiyə və Azərbaycan üzrə fəaliyyətinin BaşDirektoru vəzifəsində çalışıb, daha sonra isə təxminən beş ilərzində Şimali Amerikada icma institutları və prosessinqşirkətləri ilə münasibətlərə rəhbərlik edib.
“Mastercard”da çalışdığım komandalar mənim üçün ilhammənbəyi olub. Onların dözümlülüyü, innovativ ruhu vəmüştərilərin ehtiyaclarını qarşılamaq və üstələmək üçünyorulmaz fədakarlığı gündəlik fəaliyyətimizin və yaratdığımıztəsirin əsas hərəkətverici qüvvəsidir. Birlikdə biz, son beş ildəDiminin rəhbərliyi altında regional komandanın yaratdığımöhkəm təməl üzərində inkişaf edəcəyik”, - Bedir deyib.
Karyerasının əvvəlki dövrlərində Bedir Türkiyədə HSBC, “Garanti Bank” və “Yapı Kredi”də çalışıb. O həmçininProfessional Women Network (PWN) şəbəkəsinintəsisçilərindən biri, kiçik və orta bizneslərin inkişafınıdəstəkləyən bir sıra layihələrin rəhbəridir.
“Mastercard” haqqında
“Mastercard” 200-dən çox ölkə və ərazidə iqtisadiyyatları gücləndirir vəinsanların həyatını asanlaşdırır. Biz tərəfdaşlarımızla birlikdə hər kəsinrahatlığı hiss edə biləcəyi dayanıqlı bir iqtisadiyyat qururuq. Təhlükəsiz, sadə, ağıllı və əlçatan tranzaksiyalar üçün geniş çeşiddə rəqəmsal ödənişhəllərini dəstəkləyirik. Bizim texnologiya və innovasiyalarımız, tərəfdaşlıqlarımız və şəbəkələrimiz insanlara, bizneslərə və hökumətlərə özpotensiallarını maksimum reallaşdırmağa kömək edən unikal məhsul vəxidmətlər dəsti təqdim edir.