Liviyanın qərbindəki Əz-Zaviyə şəhərində neft emalı zavoduna endirilən zərbə nəticəsində yanğın baş verib.
“İki sahil” xəbər verir ki, bu barədə "Al Marsad" portalı məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində yanacaq çəni dağılıb, neft emalı zavodunda yanğın qeydə alınıb.
Hadisənin təfərrüatları qeyd olunmayıb.
Xatırladaq ki, daha əvvəl Əz-Zaviyədəki neft emalı zavodu ərazisində silahlı qruplaşmalar arasında toqquşmalar baş vermiş, nəticədə ən azı dörd nəfər həlak olmuşdu. Tripolidən qərbdə yerləşən Əz-Zaviyə Qərbi Liviyanın əsas mərkəzlərindən biri hesab olunur. Şəhərdə ölkənin ən böyük neft emalı zavodu yerləşir.
"Al Mayadeen": Livan-İsrail danışıqlarının növbəti raundu payızdan tez baş tutmayacaq
Zelenski: Şimali Koreya Rusiyanın ballistik raketlərlə təchizatını davam etdirir