11 avqust 2026 01:47
94

"Al Mayadeen": Livan-İsrail danışıqlarının növbəti raundu payızdan tez baş tutmayacaq

ABŞ-nin himayəsi altında Livan və İsrail nümayəndə heyətlərinin danışıqlarının növbəti raundu payızdan tez baş tutmayacaq.

“İki sahil” xəbər verir ki, bu barədə "Al Mayadeen" telekanalı diplomatik mənbəyə istinadən məlumat yayıb.

"Yaxın gələcəkdə danışıqlar gözlənilmir. Əgər danışıqların yeni raundu baş tutarsa, bu, çox güman ki, yaydan sonra olacaq", - mənbə qeyd edib.

O həmçinin hazırkı mərhələdə ölkələr arasında birbaşa danışıqların keçirilməsi imkanını istisna edib.

Avqustun 4-6-da Romada keçirilən 7-ci məsləhətləşmələr raundu barədə danışan mənbə bildirib ki, Amerika və İsrail tərəfləri artıq razılaşdırılmış iki rayonda irəliləyiş əldə edilənə qədər Livanın "pilot zona"larını genişləndirmək təklifindən imtina ediblər. Bundan əlavə, o bildirib ki, onlar Livan tərəfindən Livanın cənubundakı Nəbatiyyə rayonundakı Əli-ət-Tahir yüksəkliklərindən "Hizbullah" hərəkatı qüvvələrinin çıxarılmasını tələb ediblər.