09 avqust 2026 18:57
101

SEPAH: Bütün şərtlər qəbul edilənə qədər Hörmüz boğazını qoruyacağıq

ABŞ administrasiyası İranın bütün şərtlərini qəbul edənə qədər İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazını qoruyacaq.

“İki sahil” xəbər verir ki, bu barədə SEPAH-ın sözçüsü Hüseyn Mohəbbi bildirib.

"Strategiyamız İranın bütün şərtləri qəbul edilənə qədər Hörmüz boğazını qorumaqdır", - o deyib. H.Mohəbbi əlavə edib ki, məqsəd düşməni məğlubiyyətə uğratmaqdır.

SEPAH sözçüsünün iddiasına görə, hazırda ABŞ bütün hədəflərindən uzaqlaşmağa məcbur olub: "Bu boğaz bizim üçün sadəcə bir su yolu deyil, həm də bir döyüş coğrafiyasıdır".