08 avqust 2026 00:49
110

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

ABŞ Maliyyə Nazirliyi İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) maliyyə yardımı göstərməkdə ittiham olunan iki böyük kriptovalyuta birjasına sanksiyalar tətbiq edib.

“İki sahil” xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, kriptovalyuta birjaları beynəlxalq məhdudiyyətləri aşaraq İrana milyonlarla dollar qazandırıb.