07 avqust 2026 23:12
111

Belçika Qrenlandiyaya hərbçilər göndərəcək

Belçika NATO-nun "Arctic Sentry" missiyası çərçivəsində Qrenlandiyaya 30-a qədər hərbi qulluqçu göndərəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Belçikanın müdafiə naziri Teo Franken məlumat verib.

Qeyd olunub ki, Belçika hərbçiləri sentyabrın 4-dən 18-dək Qrenlandiyada keçiriləcək NATO təlimlərində iştirak edəcəklər. Hərbi qulluqçuların göndərilməsi ilə bağlı qərarı Teo Franken İslandiyaya səfəri zamanı təsdiqləyib.