"Rheinmetall" müdafiə konserninin rəhbəri Armin Papperger Leypsiq/Halle hava limanında aşkar edilən PUA insidenti fonunda Almaniyanın bu cür təhlükələrdən kifayət qədər qorunmadığını bəyan edib və ölkənin PUA hücumlarına qarşı müdafiəsinin gücləndirilməsinə çağırıb.
“İki sahil” xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.
Papperger qeyd edib ki, bu cür hücumları çox tez müəyyən etməyi və lazım gələrsə həmin dronları vurmağı öyrənmək üçün təcili tədbirlər görülməlidir, çünki əks-tədbir texnologiyaları hələ hər yerdə tətbiq olunmayıb.
Konsern rəhbəri hava limanları ilə yanaşı, digər bir çox kritik infrastruktur obyektlərinin də təhlükə altımda olduğunu vurğulayıb və bu sahədə qanunvericiliyin daha da islah edilməsinin vacibliyini qeyd edib.
Qeyd edək ki, Almaniya 2025-ci ildən etibarən yeni qanunların qəbul edilməsi, federal polis bazasında Birgə Müdafiə Mərkəzinin və xüsusi PUA əleyhinə bölmənin yaradılması daxil olmaqla bir sıra addımlar atıb.
Yaponiya Kuril аdаlarına Zorge və Rublenko adlarının verilməsi planını araşdırır