07 avqust 2026 11:07
92

Hörmüz boğazından keçid yekun sazişə qədər rüsumlara məruz qalmayacaq

ABŞ rəsmilərinin məlumatına görə, İran və Oman arasındakı razılaşma müvəqqəti hesab edilir. Vaşinqton isə gəmiçiliyin bundan sonra da rüsum və ödənişlərdən azad qalmasında təkid edir və bu müddəaları təsbit edəcək hərtərəfli və yekun saziş əldə etmək niyyətindədir.

“İki sahil” xəbər verir ki, "Fars" agentliyinin məlumatına görə, İran ilə Omanın razılaşmasına əsasən, ilkin mərhələdə şimal və cənub dəhlizləri fəaliyyətini davam etdirəcək. İkinci mərhələdə isə bu marşrutlar fəaliyyətini dayandıracaq və bütün gəmiçilik mərkəzi dəhlizə keçəcək. Bu zaman gəmilərin girişi İranın, çıxışı isə İran və Omanın birgə idarəçiliyi altında olacaq.

ABŞ diplomatları "Associated Press" (AP) agentliyinə bildiriblər ki, şimal və cənub marşrutları İranın xeyrinə heç bir servis rüsumuna cəlb olunmayacaq və digər əlavə ödənişlərdən azad ediləcək.