07 avqust 2026 00:41
102

Dəməşqdə mikroavtobus partladılıb, 2 nəfər həlak olub

Suriyanın paytaxtı Dəməşqdə güclü partlayış baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

Mikroavtobusda baş verən partlayış nəticəsində iki nəfər ölüb, 13 nəfər yaralanıb.

İddia olunur ki, partlayış mikroavtobusda quraşdırılan partlayıcı qurğunun işə düşməsi ilə baş verib.