Avqust ayında 5 mindən çox çağırışçı İsveç Silahlı Qüvvələrinin bölmələrində baza hərbi hazırlığına başlayacaq. 2026/27-ci tədris ili ərzində onların sayı 9 min nəfəri keçəcək ki, bu da "son bir neçə onilliyin ən böyük çağırış göstəricisi" olacaq.
“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə İsveç Silahlı Qüvvələrinin mətbuat relizində bildirilib.
Çağırışçıların sayı 2022-ci ildə 5,5 min, 2025-ci ildə isə 8,5 min nəfər təşkil edib. Hərbi idarə vurğulayır ki, yeni heyətin artırılması "hərbi müdafiənin genişləndirilməsi istiqamətində növbəti addımdır".
Avqust ayı ərzində yeni çağırılan hərbçilər Quru Qoşunları, Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrində xidmətə başlayacaqlar. Onlar ölkə ərazisindəki müxtəlif hərbi hissələrdə təlim keçəcəklər.
İsveç Hökumətinin 2026-cı il üçün müdafiə büdcəsi 175 milyard kron (təxminən 18,4 milyard dollar) təşkil edir ki, bu da ölkə ÜDM-nin 2,8%-nə bərabərdir.
Livan və İsrail yeni qətnamə ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edəcək