04 avqust 2026 12:16
119

Zelenski diplomatlara bu tapşırığı verdi

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin diplomatik korpusuna Rusiya və Çin arasında münasibətlərin daha da dərinləşməsinin qarşısını almaq barədə tapşırıq verib.

“İki sahil” xəbər verir ki,  bu barədə "RBC-Ukrayna" məlumat yayıb.

"Çinin rusiyalıları tam dəstəkləməsini istəmiriksə, onunla dialoq axtarmaq lazımdır. Əgər o, Rusiya ilə gələcək haqqında düşünürsə və orada başqa ölkələri görmürsə, bütün bunları qurmaq lazımdır", — deyə «RBC-Ukrayna» onun sözlərindən sitat gətirib.

Zelenski Ukraynanın Latın Amerikasındakı diplomatik iştirakını gücləndirməyin vacibliyini də qeyd edib.