04 avqust 2026 12:03
136

ABŞ və Tayvan arasında gizli döyüş təcrübəsi mübadiləsi aparılır

ABŞ Silahlı Qüvvələri Tayvan qoşunları ilə birlikdə gizli hərbi təlimlər keçirir.

“İki sahil” xəbər verir ki, bu barədə «The Wall Street Journal» qəzeti Tayvanın müdafiə idarəsinin rəhbəri Qu Lisyunun bəyanatına istinadla məlumat yayıb.

"Hərbi mübadilə sayəsində biz ABŞ-dən böyük həcmdə praktiki döyüş təcrübəsi əldə etmişik", — deyə nəşr Lisyunun sözlərindən sitat gətirib. O, həmçinin əlavə edib ki, Taybeyin Vaşinqtonla əməkdaşlığı göründüyündən çox daha sıxdır.

Nəşrin qeyd etdiyi kimi, Lisyunun bu bəyanatı Tayvanın öz ordusunu möhkəmləndirməsində ABŞ-nin gizli rolu barədə nadir etiraflardan biri olub.