04 avqust 2026 08:39
99

Rusiyanın üç şəhərində hava limanları fəaliyyətini dayandırıb

Rusiya Federasiyasının Kaluqa, Penza və Pskov hava limanları müvəqqəti olaraq uçuşlar üçün bağlanıb.

“İki sahil” xəbər verir ki, Federal Hava Nəqliyyatı Agentliyindən verilən məlumata görə, təyyarələrin gəliş və gedişinə məhdudiyyətlər tətbiq olunub. Rəsmi qurum bu addımın uçuş təhlükəsizliyini təmin etmək məqsədilə atıldığını bildirib.