04 avqust 2026 02:02
108

Novorossiysk yaxınlığında hücuma məruz qalan gəminin heyəti təxliyə edilib

Qara dənizdə, Novorossiysk yaxınlığında dron hücumuna məruz qalan "Nadejda" gəmisinin heyəti Rusiya limanına təhlükəsiz şəkildə təxliyə olunub. Gəmidəki 22 heyət üzvündən 13-ü Türkiyə vətəndaşıdır. İlkin məlumatlara görə, üç dənizçinin vəziyyəti ağırdır.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Nəqliyyat Nazirliyi məlumat yayıb.

Hadisə avqustun 3-də Novorossiyskdən Samsuna hərəkət edən gəminin sahildən təxminən 20 dəniz mili məsafədə olarkən baş verib.

Kapitan Yalçın Şahinin açıqlamasına görə, hücum 6-7 dron vasitəsilə həyata keçirilib. Gəmidə yanğın hələ də davam edir və ərazidə təhlükə yüksək qaldığı üçün xilasetmə işləri məhdudlaşıb.