Moldovanın «Fermerlərin Gücü» assosiasiyası ölkə rəhbərliyindən Ukraynadan taxıl idxalını təcili olaraq məhdudlaşdırmağı tələb edib.
“İki sahil” xəbər verir ki, "Sputnik Moldova"nın məlumatına görə, fermerlər Ukraynadan taxıl və yağlı bitkilərin idxalı üçün lisenziyalaşdırma sisteminin bərpa olunmasını istəyirlər.
Müraciətdə vurğulanır ki, son həftələrdə yerli kənd təsərrüfatı istehsalçıları üçün vəziyyət kəskin şəkildə pisləşib. Odessa limanı vasitəsilə ixraca qoyulan məhdudiyyətlər səbəbindən Ukraynada kənd təsərrüfatı məhsullarının qiyməti 30–40% aşağı düşüb. Hazırda treyderlər Ukrayna buğdasını kiloqramı təxminən 1,6–1,8 ley qiymətinə satın alırlar. Moldova aqrarçılarının fikrincə, Ukrayna taxılının bir hissəsi sonradan mənşə ölkəsi dəyişdirilərək Rumıniyaya təkrar ixrac oluna bilər.
ABŞ BMT Baş Assambleyası müddətində İranın XİN başçısı Əraqçiyə mühafizə ayıracaq
Rubio Hörmüz boğazından keçən neft tədarükünün həcminin artacağını proqnozlaşdırıb
ABŞ Ukraynanın Amerika nefti daşıyan gəmilərə zərbələr endirməsindən narahatdır
"Reuters": ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya paketi hazırdır
Litva Parlamenti nüvə silahının yerləşdirilməsinə qoyulan qadağanın ləğv edilməsini bəyənib