Avropada müşahidə olunan anomaliı istilər və onların ardınca baş verən meşə yanğınları Avropa ölkələrinə 3 milyard avrodan çox maddi ziyan vurub.
“İki sahil” xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat dərc edib.
«Fransa, İspaniya və Avropanın digər bölgələrini bürüyən meşə yanğınları və anomaliı istilər bu il artıq 3 milyard avrodan çox zərərə səbəb olub», — deyə nəşrin məqaləsində bildirilir.
Nəşrin qiymətləndirməsinə görə, yanğın təhlükəli mövsümün ilk iki ayı ərzində təxminən 0,5 milyon hektar sahə yanıb ki, bu da Aİ-nin ən çox zərər çəkən beş ölkəsinə 3,1 milyard avro həcmində ziyan vurub.
Bununla yanaşı, zərərçəkmiş ölkələrdə daşınmaz əmlaka, kənd təsərrüfatına və turizm sektoruna dəyən yekun ziyanın məbləği hələ ki tam hesablanmayıb.
G7 XİN rəhbərləri Yəməndəki vəziyyəti enerji təhlükəsizliyinə qəbuledilməz təhdid adlandırıblar
ABŞ BMT Baş Assambleyası müddətində İranın XİN başçısı Əraqçiyə mühafizə ayıracaq
Rubio Hörmüz boğazından keçən neft tədarükünün həcminin artacağını proqnozlaşdırıb
ABŞ Ukraynanın Amerika nefti daşıyan gəmilərə zərbələr endirməsindən narahatdır
"Reuters": ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya paketi hazırdır
Litva Parlamenti nüvə silahının yerləşdirilməsinə qoyulan qadağanın ləğv edilməsini bəyənib