İtaliyada avtobus, qoşqulu avtomobil və üç minik avtomobilinin iştirakı ilə baş verən böyük yol-nəqliyyat hadisəsi nəticəsində altı nəfər ölüb, daha 30 nəfər yaralanıb.
“İki sahil” "RAI Radio 1" radiostansiyasına istinadən xəbər verir ki, qəza Umbriya və Latsio vilayətlərinin sərhədində yerləşən yolda baş verib.
Polisin məlumatına görə, avtobus qoşqulu avtomobilə çırpılıb. Nəticədə avtobusda olan dörd nəfər, o cümlədən sürücü, həmçinin avtomobildəki iki sərnişin ölüb.
30 yaralıdan 4-nün vəziyyəti son dərəcə ağır qiymətləndirilir. Yolun həmin hissəsində hərəkət dayandırılıb.
Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olmasını arzulayırıq - Rəcəb Tayyib Ərdoğan
G7 XİN rəhbərləri Yəməndəki vəziyyəti enerji təhlükəsizliyinə qəbuledilməz təhdid adlandırıblar
ABŞ BMT Baş Assambleyası müddətində İranın XİN başçısı Əraqçiyə mühafizə ayıracaq
Rubio Hörmüz boğazından keçən neft tədarükünün həcminin artacağını proqnozlaşdırıb