Leonid Slutski "Şanxay Şenxua"nın baş məşqçisi vəzifəsindən ayrılıb.
“İki sahil” xəbər verir ki, 55 yaşlı mütəxəssis bu barədə Çin çempionatının 21-ci turunda "Lyaonin Tieren"ə 1:3 hesablı məğlubiyyətdən sonra keçirilən mətbuat konfransında açıqlama verib.
Klubun yaydığı rəsmi bəyanatda bildirilib ki, komandanın bu mövsüm göstərdiyi nəticələr gözləntiləri doğrultmadığı üçün məşqçilər korpusunda dəyişiklik edilməsi qərara alınıb.
Qeyd edək ki, Slutski 2024-cü ilin yanvarından "Şanxay Şenxua"ya rəhbərlik edirdi. Onun rəhbərliyi altında komanda iki dəfə Çin Superkubokunu qazanıb və iki mövsüm ardıcıl ölkə çempionatını ikinci pillədə başa vurub.
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub
Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var