"Çelsi"nin baş məşqçisi Xabi Alonso Madrid "Real"ından ayrılmasını karyerasının ən çətin məqamlarından biri adlandırıb.
“İki sahil” xəbər verir ki, BBC-yə danışan ispaniyalı mütəxəssis həmin dövrün onun üçün dəyərli dərs olduğunu bildirib:
"Xoşbəxtlikdən karyeramda çox yara izi yoxdur. "Real"dan ayrılmağım karyeramda dərin iz buraxdı, amma artıq o yara sağalıb. İndi yeni çağırışdan zövq almağa qərarlıyam. "Real"dakı uğursuzluqdan sonra özümə qarşı çox tənqidi yanaşdım və nələri daha yaxşı edə biləcəyim barədə çox düşündüm. Məyusluqlar insanı öyrədir".
Qeyd edək ki, 44 yaşlı mütəxəssis bu ilin mayında "Çelsi"nin baş məşqçisi təyin olunub. Onun London klubu ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub
Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var