Bakı Ali Neft Məktəbi institusional akkreditasiyadan uğurla keçərək növbəti 5 il müddətinə akkreditasiya olunub.
“İki sahil” xəbər verir ki, qərar Təhsildə Keyfiyyət Təminatı Agentliyinin “2024-cü və 2025-ci təqvim ilində ali təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi Qrafiki” çərçivəsində ali məktəbdə aparılmış institusional akkreditasiyanın nəticələrinə əsasən qəbul olunub.
Akkreditasiya prosesi ali təhsil müəssisələrində təhsilin keyfiyyətinin artırılmasına, dövlət təhsil standartlarına uyğunluğun təmin edilməsinə və ali təhsil sistemində davamlı inkişafın dəstəklənməsinə xidmət edir.
Türkiyədə SOCAR-ın strateji layihələri və enerji təhlükəsizliyi məsələləri müzakirə edilib
“Moody’s” beynəlxalq reytinq agentliyi SOCAR-ın Baa3 investisiya oluna bilən kredit reytinqini yenidən təsdiqləyib