29 iyul 2026 20:41
93

“Gənc istedadlar” liseyinin 2 şagirdi xaricdə təhsillərini davam etdirəcəklər

Bakı Dövlət Universitetinin (BDU) nəzdində  “Gənc istedadlar” liseyinin 2 şagirdi “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın iştirakçısı adını qazanaraq, nüfuzlu universitetlərdə bakalavr dərəcəsi üzrə təhsili alacaq.

“İki sahil” xəbər verir ki, 2026/2027-ci tədris ili üçün xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində  bakalavriat səviyyəsində təhsil almaq hüququ qazanan 125 nəfərdən 2-si  BDU nəzdində “Gənc istedadlar” liseyinin məzunudur.

Onlardan  Cabir Abbasov dünyanın nüfuzlu reytinq təşkilatı olan QS-in 2027-ci il nəticələri üzrə 2-ci pillədə qərarlaşan “Imperial College London” universitetində (Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı) “Kimya mühəndisliyi”, Suad Məmmədzadə isə TOP-100-lükdəki “Columbia University”də (ABŞ) “Maliyyə iqtisadiyyatı” ixtisası üzrə bakalavr təhsili alacaq.

BDU ailəsi adından Liseyimizin məzunlarını təbrik edir, onlara gələcək təhsil və peşə fəaliyyətlərində uğurlar arzulayırıq!