28 iyul 2026 18:28
150

Naxçıvanda şəhid övladları üçün yay düşərgəsinə start verilib

Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Şəhid övladlarının intellektual inkişaf proqramı” layihəsi çərçivəsində ikigünlük yay düşərgəsinə start verilib.

28 iyul tarixində Naxçıvanda yaşayan şəhid övladları və şəhid xanımları yola düşməzdən əvvəl Zəfər parkını ziyarət ediblər. Daha sonra Ağbulaq İstirahət Mərkəzində təşkil olunan yay düşərgəsində iştirak etmək üçün yola salınıblar.

Layihə çərçivəsində düşərgə iştirakçıları üçün intellektual, maarifləndirici, idman və əyləncə proqramlarının təşkili nəzərdə tutulur. Yay düşərgəsinin əsas məqsədi şəhid övladlarının bilik və bacarıqlarının inkişafına dəstək olmaq, onların asudə vaxtını səmərəli təşkil etmək və sosial ünsiyyət bacarıqlarını gücləndirməkdir.

Bəxtiyar Əliyev,
"Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin mətbuat katibi