Yaponiyanın Kumamoto prefekturasında 7,1 maqnitudalı zəlzələdən sonra ölkənin Baş naziri Sanae Takaiti ictimaiyyəti təxliyə barədə məlumatlandırmağı tapşırıb.
“İki sahil” xəbər verir ki, bu barədə Yaponiya mediası məlumat yayıb. Baş nazir, həmçinin aidiyyəti nazirlik və qurumlara zərərin miqyasını operativ şəkildə qiymətləndirməyi, bütün səyləri zərərçəkənlərə yardım göstərilməsinə yönəltmək üçün yerli hakimiyyət orqanları ilə sıx əməkdaşlıq etməyi tapşırıb. Medianın məlumatına görə, Kumamoto prefekturasında ehtimal ki, bir neçə nəfər xəsarət alıb. Qeyd edilib ki, zəlzələdən sonra bir sıra afterşoklar baş verib. Sunami təhlükəsi qalmaqdadır. Kumamoto hava limanının uçuş-enmə zolağı bağlanıb, dörd reys artıq ləğv edilib. Eyni zamanda, zəlzələdən sonra Kyuşu regionunda sürət və şəhərətrafı qatarların hərəkəti dayandırılıb.