Almaniyanın "Bavariya" klubunun fransalı futbolçusu Maykl Olize yaşayış yeri ilə bağlı üzləşdiyi problemi qeyri-adi qərarla aradan qaldırıb.
“İki sahil” xəbər verir ki, ev sahibi ilə yaşadığı anlaşılmazlıq səbəbindən kirayədə qaldığı mənzili tərk edən 22 yaşlı yarımmüdafiəçi Münhenin ən prestijli bölgələrindən birində yerləşən, 12 milyon avro dəyərində malikanə satın alıb.
Məlumata görə, futbolçunun yeni evi qapalı hovuz, SPA zonası, müasir idman zalı, geniş qaraj və yüksək təhlükəsizlik sistemi ilə təchiz olunub.
Bildirilir ki, Maykl Olize "Bavariya" klubundan ildə 15 milyon avro xalis əməkhaqqı qazanır. Sponsorluq müqavilələrindən əldə etdiyi gəlirlər də nəzərə alındıqda, futbolçunun illik qazancının təxminən 25 milyon avroya çatdığı vurğulanır.