Polşanın Müdafiə naziri Vladislav Kosinyak-Kamış ölkə prezidenti Karol Navrotskini yalan danışmaqda ittiham edərək, ictimaiyyətə əksini iddia etməsinə baxmayaraq, onun "Patriot" sistemlərinin Ukraynaya tədarükündən xəbərdar olduğunu bildirib.
“İki sahil” xəbər verir ki, "Wirtualna Polska"ya verdiyi müsahibədə nazir belə məsələlərdə yalan danışılmasına və "siyasi tamaşalar" qurulmasına imkan verməyəcəyini qeyd edib.
"Şəxsən özüm bu mövzuda prezidentlə danışmışam, həmçinin NATO-nun Baş katibi Mark Ryutte də dövlət başçısı ilə bu məsələni müzakirə edib", — deyə nazir əlavə edib.
İyulun 3-də Polşa əvvəllər Kiyev rejiminə verilməsi planlaşdırılan 14 ədəd "MiQ-29" qırıcı təyyarəsini utilizasiya etmək qərarına gəlib.
Polşa Milli Müdafiə nazirinin müavini Çezari Tomçik etiraf edib ki, Ukraynaya "Patriot" zenit-raket kompleksləri üçün raketlərin verilməsi ilə bağlı qərar qəbul edilərkən Polşa tərəfi müstəqil qərar verməyib.