Türkiyənin İzmir vilayətinin sahillərində keçirilən əməliyyatlar zamanı 39 qanunsuz miqrant və miqrant qaçaqmalçılığı ilə məşğul olmaqda şübhəli bilinən bir nəfər saxlanılıb.
“İki sahil” "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Sahil Mühafizəsi Komandanlığı məlumat yayıb.
Məlumata görə, İzmir ərazisində sahil mühafizəsinin pilotsuz uçuş aparatı vasitəsilə qanunsuz miqrant qrupu aşkar edilib:
"Keçirilən əməliyyatlar nəticəsində 39 qanunsuz miqrant və miqrant qaçaqmalçılığında şübhəli bilinən 1 nəfər saxlanılıb".
Saxlanılanlar Miqrasiya İdarəsinə göndəriliblər.