17 iyul 2026 11:34
89

ANAMA süni intellektin minatəmizləmə sahəsində tətbiqi ilə bağlı araşdırmalar aparır

Dünyada baş verən texnoloji irəliləyişlər artıq gündəlik həyatımızda da özünü göstərir. Süni intellektdən müxtəlif sahələrdə geniş istifadə olunur. ANAMA da bu proseslərdən geri qalmır. Yeni avadanlıqların tətbiqi və süni intellektin bu sahədə istifadəsi ilə bağlı araşdırmalar aparırıq.

“İki sahil” xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) yaradılmasının 28-ci ildönümü ilə əlaqədar keçirilən brifinqdə agentliyin İdarə heyətinin sədri Vüqar Süleymanov deyib.

O qeyd edib ki, agentlik yeniliklərə açıqdır: “Lakin bunlar hələlik innovasiya və tədqiqat mərhələsindədir. Minatəmizləmə prosesinə gəldikdə isə, dünyanın əksər ölkələrində olduğu kimi, hazırda ənənəvi üsullardan istifadə olunur. Ümid edirik ki, gələcəkdə yeni innovasiyalar minatəmizləmə sahəsinə də ciddi təsir göstərəcək. Ancaq hələ ki, dünyanın heç bir yerində bu istiqamətdə köklü texnoloji sıçrayış baş verməyib”.