15 iyul 2026 22:36
130

Zelenski: Ukrayna Aİ-yə tamhüquqlu üzv olmağa layiqdir

Bu gün Avropada hamı həmrəydir. Biz Avropa İttifaqına (Aİ) tamhüquqlu üzv olmağa tam layiqik.

İki sahil” xarici mediaya istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə səfərdə olan Aİ Komissiyasının rəhbəri Ursula fon der Lyayen ilə birgə mətbuat konfransında deyib.

Rusiya-Ukrayna müharibəsi başlayandan bəri ölkəsinə göstərdiyi dəstəyə görə Aİ-yə təşəkkür edən Zelenski, siyasi və müdafiə sahəsindəki yardımların onlar üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib.

O, həmçinin Aİ-nin Rusiyaya qarşı 21-ci sanksiyalar paketini təsdiqləməsini gözlədiklərini vurğulayaraq, "Ortaq təzyiqlər, Avropa və ABŞ ilə əməkdaşlığımız, eləcə də xalqımız sayəsində mütləq sülhə nail olacağımıza əminəm. Birlikdə, vahid və güclü Avropada sülh içində yaşayacağıq", – deyə əlavə edib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”