"Crew-13" kosmik missiyasının oktyabrın 1-də axşam saatlarında Beynəlxalq Kosmik Stansiyaya (BKS) buraxılması planlaşdırılır.
“İki sahil” xəbər verir ki, bu barədə NASA rəsmiləri Florida ştatındakı Kennedi Kosmik Mərkəzində keçirdikləri mətbuat konfransında bildiriblər. Qeyd edilib ki, heyət bütün hazırlıqları başa çatdırıb. NASA-nın orbital proqram meneceri Dana Vayqel əlverişsiz hava şəraitinin buraxılışa təsir etməyəcəyini və uçuşun təhlükəsiz dəhliz vasitəsilə həyata keçiriləcəyini qeyd edib. O əlavə edib ki, buraxılış baş tutarsa, bu, ABŞ kosmik gəmisinin BKS-ə təxminən səkkiz saat davam edən rekord uçuşu olacaq.
"SpaceX" şirkətinə məxsus "Crew Dragon" gəmisinin Florida ştatındakı Kanaveral burnundan Bakı vaxtı ilə saat 18:10-da buraxılması, gəminin stansiyaya isə oktyabrın 2-də gecə saatlarında birləşməsi nəzərdə tutulur. "Crew-13" missiyasının heyətinə NASA astronavtları Cessika Uotkins və Lyuk Delaney, Kanada Kosmik Agentliyinin (CSA) astronavtı Coşua Kutrik, eləcə də "Roskosmos" kosmonavtı Sergey Teteryatnikov daxildir.
Stansiyadakı heyətin dəyişdirilməsindən sonra digər dörd astronavtın oktyabrın 5-də Yerə qayıtması planlaşdırılır.