15 iyul 2026 21:23
96

Qayıbov: Bakı və Qahirə münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

Bu gün Azərbaycan və Misir arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov Misirin Milli Gününün 74-cü ildönümü münasibətilə keçirilən qəbulda bildirib.

Onun sözlərinə görə, Bakı və Qahirəni qarşılıqlı hörmətə və ortaq mədəni dəyərlərə əsaslanan çoxillik dostluq əlaqələri birləşdirir.

"Bu gün biz sadəcə tarixi bir hadisəni qeyd etmirik - biz Azərbaycan və Misir arasında uzun illər ərzində formalaşan, zamanın sınağından çıxan və bu gün də möhkəm qalan dostluğu uca tuturuq", - nazir bildirib.

O, həmçinin qeyd edib ki, bu il iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 34-cü ili tamam olur. Bu müddət ərzində müxtəlif əməkdaşlıq sahələrini əhatə edən 65 saziş və protokol imzalanıb.

Nazir xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü ilin iyununda Misirə rəsmi səfər edib, Misir lideri Əbdülfəttah əs-Sisi isə 2023-cü ilin yanvarında Bakıya səfər edib.

"Bu qarşılıqlı səfərlər iki dövlət arasındakı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib", - Qayıbov vurğulayıb.