Hörmüz boğazında bir neçə gəmi atəşə tutulub.
“İki sahil” xəbər verir ki, bu barədə "Tasnim" agentliyi mənbələrə istinadən xəbər verib.
Hücuma məruz qalan gəmilərin hansı ölkələrə məxsus olduğu barədə məlumat verilmir.
Eyni zamanda agentlik yerli sakinlərə istinadən İranın cənubundakı Bəndər-Abbas, Konarak, Çabahar şəhərlərində və Lərak adasında partlayışların olduğunu bildirib.
Onların məlumatına görə, partlayışlara raket zərbələri səbəb olub. Konarakda azı dörd, Çabahar ərazisində isə təxminən altı partlayış qeydə alınıb.