Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Yəmənin "Ənsar Allah" hərəkatı (husilər) tərəfindən krallığın cənubundakı Xamis-Muşayt şəhərinə doğru atılmış üç ballistik raketi zərərsizləşdirib.
“İki sahil” xəbər verir ki, bu barədə Səudiyyə Mətbuat Agentliyi məlumat yayıb."Koalisiya husilər tərəfindən Xamis-Muşayt istiqamətində atılmış üç ballistik raketi zərərsizləşdirib", - məlumatda qeyd olunub.
Yaralılar və ya dağıntılar barədə məlumat verilməyib.