12 iyul 2026 14:14
679

Dövlət icra məmuru olmaq istəyən şəxslər üçün test imtahanı keçirilib - YENİLƏNİB

Dövlət İmtahan Mərkəzi (DİM) Ədliyyə Nazirliyi ilə birgə dövlət icra məmuru fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün test imtahanı keçirib.

“İki sahil” DİM-ə istinadən xəbər verir ki, imtahan bu gün kompüterlər vasitəsilə elektron formada təşkil olunub.

Bildirilib ki, namizədlər imtahanı başa vurduqdan və ya ayrılmış vaxt tamamlandıqdan sonra nəticələri ilə tanış olmaq imkanı əldə ediblər. İmtahan nəticələri, həmçinin DİM-in rəsmi internet səhifəsində yerləşdiriləcək.

Nəticələrlə bağlı apellyasiya müraciətlərinə baxılması üçün Apellyasiya Komissiyası iyulun 13-15-i saat 14:00-dan 17:00-dək DİM-in əsas inzibati binasında fəaliyyət göstərəcək.

Komissiyanın ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299.

****

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) dövlət icra məmuru fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün test imtahanı keçirəcək. İmtahan DİM-in Bakı şəhəri Binəqədi rayonu, S.S.Axundov küçəsi 50 ünvanında yerləşən elektron imtahanlar korpusunda təşkil ediləcək və saat 10:00-da başlanacaq.

DİM-dən “İki sahil”ə bildirilib ki, imtahanda namizədlərə dövlət icra məmurunun fəaliyyətində tətbiq olunan qanunvericiliyə dair 60 sual, məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi bilik səviyyəsini, ünsiyyət bacarıqlarını və dünyagörüşünü müəyyən edən 40 sual olmaqla, ümumilikdə 100 sual təqdim ediləcək. Qanunvericilik üzrə hər sual 1 balla, məntiqi nəticələr çıxarmaq qabiliyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü üzrə hər sual 0.5 balla qiymətləndiriləcək. Test imtahanında mümkün 80 baldan 55 və daha artıq bal toplamış namizədlər müsahibə mərhələsinə buraxılırlar.

İmtahan iştirakçıları imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olurlar. Nəticələr, həmçinin DİM-in saytında yerləşdiriləcək.