Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan-Sədərək magistral avtomobil yolunun Kəngərli rayonu ərazisindən keçən hissəsində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən “İki sahil”ə bildirilib ki, məlumatla əlaqədar dərhal Kəngərli Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Avtomobildə baş vermiş yanğın genişlənərək ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtomobilin elektrik qoruyucu şiti, kapot hissəsi və 1 ədəd sol təkəri yanıb.
AAYDA rəqəmsallaşma və innovasiya ekosisteminin inkişafı üzrə yol xəritəsini müzakirə edib
Moskvada keçirilən peşəkar ustalıq müsabiqəsində Azərbaycan polisi uğura imza atıb