10 iyul 2026 22:22
85

Yeniyetmənin ad günündə döşəmə çökdü - 11 qonaq...

Braziliyanın Para ştatında 15 yaşlı məktəblinin ad günündə döşəmənin çökməsi nəticəsində qonaqlar binanın zirzəmisinə aşıb.

“İki sahil” xəbər verir ki, bu barədə “Need To Know” yazır.

İnsident iyulun 5-də Belen şəhərində baş verib. 230-a yaxın insan 15 yaşlı Anna Beatrisin ad gününü qeyd etmək üçün banket zalına toplaşıb. Şənliyin başlamasından 20 dəqiqə keçməmiş yeniyetmə ilə birgə fotosessiya zamanı döşəmə anidən dağılıb.

Zirzəmiyə 10-dan çox insan düşüb. 11 nəfər ətrafların ciddi xəsarətlərini alıb. Onların bir çoxunun sümükləri sınıb. Ad günü olan qızın anası isə baş verənlərdən həyəcanlanaraq huşunu itirib.

Zərərçəkən ailə ad gününü sözün əsl mənasında alt-üst edən hadisəyə görə, iaşə obyektə qarşı maddi təzminatla bağlı iddia qaldırıb.