10 iyul 2026 20:52
78

Uçqun nəticəsində yaranan maneələr aradan qaldırılaraq vətəndaşlar təxliyə edilib - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Balakən rayonu, Talalar kəndində fərdi yaşayış evində vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

“İki sahil” xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Balakən Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, fərdi yaşayış evinin giriş hissəsində qapının və ətrafının konstruktiv elementlərinin uçması nəticəsində vətəndaşların köməksiz vəziyyətdə qaldığı müəyyən edilib.

Yanğınsöndürən-xilasedicilər tərəfindən evin giriş hissəsində uçqun nəticəsində yaranan maneələr aradan qaldırılaraq vətəndaşlar təxliyə edilib.