Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin birinci yarımilində proqnozla müqayisədə 5 faiz və ya 197 milyon manat çox olmaqla 4 milyard 295 milyon manat təşkil edib. “İki sahil” xəbər verir ki, fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları proqnoza nisbətən 6 faiz və ya 199 milyon manat artaraq 3 milyard 432 milyon manat olub. Yanvar-iyun aylarında DSMF-nin xərcləri isə 4 milyard 124 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz və ya 380 milyon manat çoxdur.
Məmmədzadə Zeynəbin axtarışları Fövqəladə Hallar Nazirliyi tərəfindən davam etdirilir
Uçqun nəticəsində yaranan maneələr aradan qaldırılaraq vətəndaşlar təxliyə edilib - VİDEO
İKTA 2026-cı ilin II rübü üçün şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi çıxışlarla davam etdirilib