10 iyul 2026 15:09
79

Fransanın qələbəsi gənc qızın ölümünə səbəb oldu

17 yaşlı azarkeş hərəkətdə olan yük avtomobilindən yıxılaraq təkərlərin altında qalıb

Futbol üzrə dünya çempionatının dörddəbir final mərhələsində Fransa milli komandasının Mərakeş üzərində qazandığı qələbə ilə bağlı ölkənin şimalında keçirilən kütləvi şənliklər zamanı faciə baş verib. Hadisə nəticəsində 17 yaşlı gənc qız dünyasını dəyişib.

“İki sahil” xəbər verir ki, bu barədə yerli "La Voix du Nord" qəzeti məlumat yayıb.

Bədbəxt hadisə Lill şəhərindən 75 km məsafədə yerləşən Olnua-Emeri kommunasının mərkəzində qeydə alınıb. Gənc azarkeş digər fanatları daşıyan və karvanla hərəkət edən yük avtomobilinin üzərinə çıxıb. Lakin hərəkət zamanı o, müvazinətini itirərək idarə etdiyi nəqliyyat vasitəsinin düz təkərlərinin altına - hərəkət hissəsinə yıxılıb. Ətrafdakı insanların dərhal köməklik göstərmək cəhdlərinə baxmayaraq, gənc qız aldığı ağır bədən xəsarətlərindən hadisə yerindəcə keçinib.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən hadisənin başvermə şəraiti araşdırılır. Yük avtomobilinin sürücüsü saxlanılaraq ifadə vermək üçün polis bölməsinə aparılıb. Məlumata görə, faciə baş verən an hadisə yerinin yaxınlığında daha 6 yetkinlik yaşına çatmayan şəxs olub ki, onlardan da biri dərhal yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.