09 iyul 2026 20:45
72

Qərb Rusiyaya qarşı ultimatum dilinə keçib - Lavrov

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, qərb ölkələri Ukrayna böhranı üzrə danışıqlara hazır olduqlarını iddia etsələr də, əslində Rusiyaya münasibətdə artıq açıq ultimatum dilinə keçiblər.

“İki sahil” xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Rusiya XİN rəhbəri bu barədə Mozambikin Xarici İşlər naziri Mariya Lukaş ilə keçirdiyi danışıqların yekunlarına dair təşkil olunmuş birgə mətbuat konfransında danışıb: "Qərb danışıqlara hazır olduğunu imitasiya edərək, hazırda — avropalıların özlərinin də elan etdiyi kimi — Rusiya Federasiyasının ünvanına açıq-aşkar ultimatumlar səsləndirməyə başlayıb".