09 iyul 2026 18:10
91

Moldovanın Konstitusiya Məhkəməsi Qaqauziyanı seçki keçirmək hüququndan məhrum edib

Moldovada iyunun 21-nə təyin edilmiş Qaqauziya Xalq Assambleyasına (yerli parlament) seçkilər ləğv olunub. Tərəflər arasında yaranmış əsas mübahisə Moldova Seçki Məcəlləsinə edilən və 2024-cü ilin yanvarında qüvvəyə minən düzəlişlərlə bağlıdır. Sözügedən bu hüquqi dəyişikliklər birbaşa muxtariyyət daxilində keçirilən seçkilərin tənzimlənməsini nəzərdə tutur.

“İki sahil” xəbər verir ki,  bu barədə məhkəmənin rəhbəri Domnica Manole məhkəmənin YouTube kanalında yayımlanan dinləmədə bildirib.

Böhranın dərinləşməsi fonunda Moldova Ədliyyə Nazirliyi ölkənin Konstitusiya Məhkəməsinə müraciət edib. Nazirlik qaldırdığı iddiada Qaqauziya muxtariyyətinin yerli rəhbəri (başqanı), parlament deputatlarını və hüquq-mühafizə orqanlarının regional bölmələrinin rəhbərlərini təyin etmək hüququ ilə bağlı qərarları rəsmən mübahisələndirib. Eyni zamanda, ümumi yurisdiksiyalı məhkəmələr də prosesə müdaxilə edib:

Məhkəmə instansiyaları Qaqauziya tərəfindən səsverməyə hazırlıq məqsədilə qəbul edilmiş rəsmi qərarların icrasını tamamilə dayandırıb.

Bununla da muxtariyyətdə seçki prosesinin hüquqi müstəvidə davam etdirilməsi qeyri-mümkün olub.