06 iyul 2026 14:19
88

Peskov: Putin Rusiyanın mövqeyini Trampa şəxsən çatdırdı

Rusiya dövlət başçısının mətbuat katibi ötən həftənin sonunda baş tutan telefon danışığını Vaşinqtonla birbaşa dialoq üçün uğurlu bir imkan adlandırıb

Ötən həftənin sonunda Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında baş tutmuş telefon danışığı Rusiyanın rəsmi mövqeyini Vaşinqton rəhbərliyinə birinci şəxsdən çatdırmaq üçün yaxşı bir fürsət olub.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, nunu Kremlin mətbuat katibi Dmitri Peskov bu gün keçirdiyi brifinqdə bəyan edib.

Rusiya liderinin nümayəndəsi keçirilən danışıqları belə qiymətləndirib: "Sözün əsl mənasında, ən yüksək səviyyədə mövqeyimizi ABŞ prezidentinə birinci şəxsin dilindən çatdırmaq üçün çox yaxşı bir imkan yarandı".

Peskov ABŞ Prezidenti Donald Trampın Rusiya tərəfinin bəyanatlarını necə qarşıladığı və necə reaksiya verdiyi barədə təfərrüatları açıqlamaqdan boyun qaçırıb. "Trampın reaksiyası barədə danışmaq yəqin ki, bizim tərəfimizdən etik olmazdı", - deyə Kreml rəsmisi qeyd edib.

Mətbuat katibi qərbli jurnalistə müraciət edərək mövzu ilə bağlı bunu tövsiyə edib: "Siz bu sualı ABŞ administrasiyasındakı, Ağ Evdəki həmkarlarımıza ünvanlaya bilərsiniz".