06 iyul 2026 13:38
122

Bu aviaşirkəti 7,34 milyard dollara alırlar

Britaniyanın məşhur büdcəli aviaşirkəti (loukoster) ABŞ investisiya fondunun yeni və daha cəlbedici maliyyə təklifini qəbul edib.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, Böyük Britaniyanın məşhur aşağı büdcəli aviaşirkəti "EasyJet" Amerikanın "Castlelake" investisiya fondu ilə şirkətin satılması barədə ilkin razılığa gəlib. Sazişin ümumi dəyəri 5.5 milyard funt-sterlinq (təxminən 7.34 milyard dollar) qiymətləndirilir.

Qeyd edək ki, "Castlelake" investisiya fondunun bundan əvvəl irəli sürdüyü satınalma təklifləri aviaşirkət tərəfindən "həddindən artıq ucuz qiymətə satılma cəhdi" kimi dəyərləndirilərək rədd edilmişdi.

Yeni razılaşmanın şərtlərinə əsasən, Amerikanın investisiya fondu "EasyJet"in hər bir səhmi üçün 6.9 funt-sterlinq ödəməyə hazırdır. Bu qiymət aviaşirkətin səhmlərinin 29 may tarixinə olan birja bağlanış qiymətindən 73% daha yüksəkdir (maliyyə mükafatı ilə).