06 iyul 2026 09:12
88

Yəməndə hökumət qüvvələri ilə şiddətli döyüşlərdə 50-dən çox husi silahlısı öldürülüb

Yəmənin Hudeydə vilayətinin cənubunda hökumət qüvvələri ilə husilər arasında baş verən şiddətli döyüşlərdə 50-dən çox husi silahlısının öldürüldüyü, onlarla nəfərin yaralandığı bildirilir.

“İki sahil” xəbər verir ki, bu döyüşlər 2022-ci ilin aprel ayında Yəmən hökuməti ilə husilər arasında əldə olunmuş atəşkəsdən sonra qeydə alınan ən şiddətli qarşıdurmalardan biri hesab olunur.

Yəmən hökumətinin dövlət naziri Valid əl-Qədimi "X" sosial şəbəkəsində paylaşdığı məlumatda bildirib ki, Hays şəhərinin şimalındakı Cəbəl Dubas cəbhəsində baş vermiş döyüşlər nəticəsində husi qüvvələri ağır itkilər verib. Qarşıdurmalar zamanı hökumət qüvvələrinin 15 hərbçisi də həlak olub.

Valid əl-Qədimi bildirib ki, husilər Hudeydə vilayətinin cənubundakı mərkəzi hökumətin nəzarətində olan ərazilərə doğru irəliləmək məqsədilə hücumlarını davam etdirirlər.