ABŞ Prezidenti Donald Tramp iyulun 7–8-də Ankarada keçiriləcək NATO sammitində alyansa üzv ölkələri müdafiə xərclərini artırmağa çağıracaq.
“İki sahil” xəbər verir ki, bu barədə “Reuters” agentliyi ABŞ rəsmisinə istinadla məlumat yayıb.
Mənbənin sözlərinə görə, sammitə iyulun 7-də qatılacaq ABŞ Prezidenti NATO müttəfiqlərinə müdafiə xərclərinin artırılmasının vacibliyini bir daha çatdıracaq.
Ağ Ev rəsmisi bildirib ki, Donald Tramp sammit çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriya Prezidenti Əhməd Əl Şaraa ilə görüşəcək. ABŞ Prezidenti, həmçinin sammitin yekunlarına dair mətbuat konfransı keçirəcək.
Bundan əlavə, sammit zamanı milyardlarla dollar dəyərində hərbi müqavilələrin elan ediləcəyi gözlənilir. Lakin bununla bağlı əlavə təfərrüatlar açıqlanmayıb.
Tramp: Yaxın gələcəkdə "The Times" qəzeti çirkli qapılarını bağlamağa məcbur olacaq
Tramp 13 nəfəri öldürməkdə təqsirli bilinən Nidal Həsənin edam hökmünü təsdiqləyib