Çin Xalq Respublikasının (ÇXR) şimalında leysanların səbəb olduğu sel və daşqınlar nəticəsində iki nəfər həlak olub.
“İki sahil” xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.
Məlumata görə, şiddətli yağışlar Daxili Monqolustan muxtar rayonunun kənd yerlərində insan tələfatına səbəb olub. Çinin müvafiq qurumlarının əhaliyə fəal şəkildə yardım göstərdiyi vurğulanıb.
Qeyd olunur ki, hər il yay aylarında bol yağışlar ÇXR-in bir sıra regionlarına, o cümlədən Pekinə ciddi ziyan vurur, daşqınlara, dağıntılara və insan tələfatına gətirib çıxarır.
Husilər aviaşirkətləri Səudiyyə Ərəbistanının hava məkanından yayınmağa çağırıblar
Meloni deepfeyklərlə mübarizə üçün səsini ticarət nişanı kimi qeydiyyatdan keçirir
Almaniya Hərbi Dəniz Qüvvələri Şimal dənizi sahilində ikinci baza yaratamaq istəyir