Malinin şimal və mərkəzi hissələrində yerləşən bir neçə hərbi mövqe silsilə hücumlara məruz qalıb.
“İki sahil” “əl-Hədəs” telekanalına istinadla xəbər verir ki, “Əzvad” Azadlıq Cəbhəsi Kidal bölgəsində Anfif qəsəbəsinə, özünü “İslama və müsəlmanlara yardım camaatı” adlandıran qruplaşma isə Qau şəhərinə hücumlar həyata keçiriblər.
Mali ordusunun yaydığı bəyanatda isə şənbə günü səhər saatlarında Acelhok, Anfif, Qao və Sevare şəhərlərindəki hərbi mövqelərin hücuma məruz qaldığı bildirilib. Bəyanatda hücumları törədən qruplaşmalar barədə məlumat verilməyib.
Bununla yanaşı, mənbələrin məlumatına görə, “Əzvad Azadlıq Cəbhəsi”nin qüvvələri Kidal şəhərindən təxminən 100 kilometr məsafədə yerləşən Anfif qəsəbəsinə daxil olublar. Bildirilir ki, qəsəbə daxilində silahlı toqquşmalar davam edir.
Husilər aviaşirkətləri Səudiyyə Ərəbistanının hava məkanından yayınmağa çağırıblar
Meloni deepfeyklərlə mübarizə üçün səsini ticarət nişanı kimi qeydiyyatdan keçirir
Almaniya Hərbi Dəniz Qüvvələri Şimal dənizi sahilində ikinci baza yaratamaq istəyir