Ukrayna Prezidenti Volodimir Zelenski Almaniya Kansleri Fridrix Merts ilə cəbhədəki vəziyyəti, Ukraynanın "Patriot" sistemlərinin lazımi raketlərlə təmin edilməsi imkanını müzakirə edib.
“İki sahil” xəbər verir ki, bu barədə Zelenski sosial şəbəkələrdə yazıb.
"İlk növbədə "Patriot" sistemlərimizi lazımi raketlərlə dəstəkləmək imkanı barədə danışdıq", – o bildirib.
Telefon danışığı zamanı Volodimir Zelenski həmçinin Rusiya qoşunlarının Donetsk vilayətindəki Konstantinovka şəhərini "nəzarətə götürməsi" barədə məlumatları təkzib edib.
Zelenski Fridrix Mertsə Rusiya Prezidenti Vladimir Putinlə məhz Konstantinovkada görüşməyə hazır olduğunu bildirib.
"Əgər Konstantinovka hazırda Rusiyanın nəzarəti altındadırsa, o zaman, görünür, Putinin orada mənimlə görüşməkdə və nəhayət, müharibəyə son qoymaq üçün diplomatik həll yolları tapmaqda heç bir problemi olmayacaq", - Zelenski əlavə edib.
Husilər aviaşirkətləri Səudiyyə Ərəbistanının hava məkanından yayınmağa çağırıblar
Meloni deepfeyklərlə mübarizə üçün səsini ticarət nişanı kimi qeydiyyatdan keçirir
Almaniya Hərbi Dəniz Qüvvələri Şimal dənizi sahilində ikinci baza yaratamaq istəyir