04 iyul 2026 10:20
82

İstanbulda 5 mərtəbəli binanın eyvanı çökdü: Sakinlər təxliyə edildi

İstanbulun (Türkiyə) Küçükçekmece rayonunda 5 mərtəbəli yaşayış binasının eyvanlarında baş verən çökmə səbəbindən bina sakinləri təxliyə olunub.

İki sahil” yerli mediaya istinadla xəbər verir ki, hadisə Cumhuriyyət məhəlləsinin Fulya küçəsində yerləşən binada qeydə alınıb.

Hələlik məlum olmayan səbəbdən binanın ikinci və üçüncü mərtəbələrindəki eyvanlarda qismən çökmə baş verib.

Eyvandan düşən beton parçalarını görən sakinlər dərhal mənzillərini tərk edərək çölə çıxıblar.

Məlumat daxil olduqdan sonra hadisə yerinə yanğınsöndürən, polis və bələdiyyə əməkdaşları cəlb olunub. Ərazi təhlükəsizlik məqsədilə nəzarətə götürülüb, bina sakinləri isə təxliyə edilib.

Mütəxəssislər binada bir müddət araşdırma apararaq hadisənin səbəblərini müəyyənləşdirməyə başlayıblar.

Məhərrəm Ağalaroğlu, “İki sahil”